XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 18:18

Əliməmməd Nuriyev:“Xaricdən 2 milyon dollar qrant alanların səsi niyə çıxmır?"

nuriyev.jpg

“Bəzi QHT nümayəndələri özlərini "qurban" kimi göstərməyə çalışırlar. Çünki onların bir çoxu məhz xaricdən maliyyələşmə prosesində iştirak edir, qeyri-leqal yolla qrantlar əldə edib, bundan yararlanırlar”.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev deyib. (APA)

 Ə. Nuriyev Azərbaycanda bank hesablarına həbs qoyulmuş əksər QHT-lərin hesablarının sərbəst buraxıldığını söyləyib.

O, bəzi QHT nümayəndələrinin bank hesablarından həbslərin götürülməsinə baxmayaraq, maliyyə imkanlarından istifadə etməməklə bağlı şikayətlərinə də münasibət bildirərək, bunu “sui-istifadə” adlandırıb: “İstənilən şəxs öz maliyyə imkanından istifadə etmək imkanı qazanıb və qazanmaqdadır. Hansısa hüquqi prosedurlarla bağlı, ola bilsin ki, müəyyən çətinliklər var. Ancaq hər gün bu problemlərin həlli istiqamətində işlər görülür və bu proses davam edir. Təəssüf ki, bəzi QHT-lər Azərbaycanda vəziyyətin gərginləşməsində çox maraqlıdırlar. Çünki onlar rəqabət və azad şəraitdə fəaliyyət göstərməyə meylli deyillər. İstəyirlər ki, ölkədə vəziyyət gərgin olsun və “qara" pullardan istifadəyə davam etsinlər”.

Ə. Nuriyevin sözlərinə görə, xaricdən Azərbaycana 2014-2015-ci illərdə 2 milyon dollar məbləğində layihələr gəlib: “Burada milyonlardan söhbət gedir. Amma baxın, o layihələri kimlər həyata keçirib? Birinin səsi çıxırmı? Çıxmır! Çünki onlar xaricdən maliyyələşirlər. Bu gün Azərbaycan hökuməti problemlərin həlli istiqamətində mühüm addımlar atır, ancaq onlar bunu istəmirlər. Çünki açıq və hesabatlı fəaliyyətin tərəfdarı deyillər”.