XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 14:17

Tacikstanda film kimi hadisə:Sevgililər özlərini yarğandan aşağı atdılar

tacik sevgili

Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Xatlon vilayətinin Dusti rayonunda 20 yaşlı oğlan və 16 yaşlı qız əl-ələ verərək 100 metrlik yarğandan özlərini aşağı atıblar. Hadisəyə səbəb onların valideynlərinin qızın yaşı az olduğuna görə ailə qurmalarına razılıq verməmələri olub.

Bundan hiddətlənən gənclər özlərini Umed kəndinin yaxınlığındakı yarğandan aşağı atmağa qərar veriblər.

Nəticədə qız yerindəcə ölüb, oğlan isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.