XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 19:26

Rus nazir:"Samur çayı üzərində körpü tikiləcək"

Samur çayı üzərindən (Azərbaycan-Rusiya sərhədində) avtomobil körpüsünün tikintisi layihəsi çərçivəsində tikinti işlərinə 2017-ci ildə başlanılacaq.

Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib.

O bildirib ki, Samur sərhəd çayı üzərində yeni avtomobil körpüsünün inşası ilə bağlı infrastrukturun inkişafı layihəsi artıq hazırdır. Gələn ildən bu işlərə başlamaq mümkün olacaq.

Nazir qeyd edib ki, layihə sənədlərinin hazırlanması yekunlaşıb və ekspertizadan keçdikdən sonra 2017-ci ildə tikinti işlərinə başlamaq olar. “Bu körpünün inşası çox əhəmiyyətlidir. Hazırda mövcud olan körpü istismar müddətini başa vurub və qəzalı vəziyyətdədir”, – deyə M.Sokolov əlavə edib.