XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 13:55

“ASAN xidmət”ə müraciət edən 10 milyonuncu vətəndaşmükafat aldı

asan daun

“ASAN xidmət” Mərkəzinin mərkəzləşdirilmiş elektron növbə sistemində 10 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu müraciəti Ağdam rayonundan məcburi köçkün olan və hazırda Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Arzu Əliyeva 5 saylı “ASAN xidmət” mərkəzinə edib.

A.Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzinə müraciəti Daxili İşlər Nazirliyinin həyata keçirdiyi şəxsiyyət vəsiqəsinin alınması xidməti ilə bağlı olub.

A.Əliyeva 10 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və xüsusi hədiyyələrlə mükafatlandırılıb. O və valideyni “ASAN xidmət”ə təşəkkürünü bildirib.

Qeyd edilib ki, A.Əliyeva "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təhsil alır.