XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2015 - 09:10

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

hava.jpg

İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə sabah paytaxtda səhər bəzi yerlərdə zəif duman olacağı, şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, amma gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 34-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.