XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2015 - 12:22

Daşınmaz əmlaklarla bağlı yeni qərar verildi
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzrə sənədlərin vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi prosesini sadələşdirir.
Bunu komitənin İnformasiya texnologiyaları və məlumat idarəetmə mərkəzinin direktoru Yaşar Niftiyev bu gün brifinqdə deyib.
Onun sözlərinə görə, söhbət vətəndaşlara daşınmaz əmlakla bağlı sənədləri öz adlarına rəsmiləşdirməyə imkan verən xidmətdən gedir: “Notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləni öz adına keçirmək üçün vətəndaşdan daha Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlməsi tələb olunmayacaq”.
Y.Niftiyev qeyd edib ki, vətəndaşlar müvafiq müraciəti Xidmətə elektron formada göndərəcəklər: “Alqı-satqı müqaviləsi notariat kontorunda vətəndaşın adına yenidən rəsmiləşdiriləcək və rüsumun ödənişi elektron formada həyata keçiriləcək. Vətəndaşdan sənədi almaq üçün yalnız notariat kontoruna yenidən baş çəkmək tələb olunacaq. Vətəndaşlar yaxın vaxtlarda xidmətdən istifadə edə biləcəklər”(Trend).