XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 07:34

Əmlak bazarında qiymətlərbahalaşıb

menzil

Bakının daşınmaz əmlak bazarında qiymətlər 2016-ci ilin may ayında faktiki olaraq sabit qalıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, dollarda qiymətlər aprel ayı ilə müqayisədə 0,11 faiz azalıb, manatla ifadədə isə qiymətlər dəyişməyib ki, bu da bazarın sabitləşməsinə təsir göstərir: "İlkin mənzil bazarında qiymətlər manatda orta hesabla 1,04 faiz [dollarda qiymətlər 0,51 faiz artıb] azalıb. Təkrar mənzil bazarında qiymətlər manatda 1,23 faiz [dollarla 1,77 faiz artıb] artıb".

N.İbrahimov bildirib ki, torpaq sahələrinin qiyməti manatda bir ay ərzində orta hesabla 1,18 faiz, dollarda isə 1,72 faiz artıb. Ən böyük azalma kommersiya obyektləri bazarında olub – qiymətlər manatda 2,15 faiz, dollarda isə 1,62 faiz azalıb.

Ekspertin sözlərinə görə, ilin sonuna qədər daşınmaz əmlak bazarı itirilmiş mövqelərini geri qaytaracaq: "Daşınmaz əmlak bazarı ilin əvvəli ilə müqayisədə üç faiz ucuzlaşıb. Hesab edirəm ki, ilin sonuna qədər bazar bu mövqelərini qaytaracaq və daha iki faiz artacağı istisna olunmur".