XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

27 Fevral 2015 - 11:57

Vətəndaşlar market kassalarında aldadılır – Xəbərdarlıq

Süni qiymət artımına yol verən və bununla da vətəndaşları aldadan marketlərlə bağlı ciddi tədbirlər görülür.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, istehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 2, mərtəbə 1 ünvanında Şahin Ağalarova məxsus “Real-S” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.