XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 01:55

Azərbaycanlının rəhbərlik etdiyi fond Moskvada xiyaban saldı –FOTO

xiyaban-1

Azərbaycan diasporu fəalının rəhbərlik etdiyi fond Rusiya paytaxtında xiyaban salıb.

APA-nın məlumatında görə, Rusiya Xalqlar Assambleyasının və Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin Ekspertlər Şurasının sədr müavini Araz Mürsəliyevin rəhbərlik etdiyi Xalqlar Dostluğu Fondu tərəfindən salınan xiyaban paytaxtın mərkəzi səmtində yerləşir.

Fondun adını daşıyan "Xalqlar Dostluğu" Xiyabanının açılış mərasimi 12 iyun Rusiya gününə təsadüf olunub. Açılış mərasimində Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin sədri Hacımət Səfərəliyev, Moskva hökumətinin milli siyasət, regionlararası əlaqələr və turizm Departamentinin sədri Vitali Suçkov, Rusiya Xalqlar Assambleyası və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Dövlət Dumasının deputatı Hacımət Səfərəliyev salınan bu xiyabanın və burada əkilən ağacların Rusiyada yaşayan xalqların simvolu olacağını söyləyib: "Bu gün keçirilən ağacəkmə mərasimində azərbaycanlılar, ruslar, polyaklar, ukraynalılar və digər xalqların nümayəndələrinin iştirakı Rusiyada xalqların birliyinin olmasından xəbər verir".

Moskva meriyasının Departament rəhbəri Vitali Suçkov isə çıxışında paytaxt Moskvada hazırda 160-dan çox millətin nümayəndəsinin yaşadığını söyləyib: "Çoxmillətlilik bizim gücümüzü göstərir. 10 gündən sonra biz Böyük Vətən Müharibəsinin başlanmasının 75-ci ildönümünü qeyd edəcəyik. Bu tarix Sovetlər İttifaqında yaşayan 190-dan çox xalqın nümayəndəsinin düşmənə qarşı çiyin-çiyinə vuruşduğunu, mübarizə apardığını göstərir". 

xiyaban-2

xiyaban-3

xiyaban-4

xiyaban-5