XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 09:05

Ruhanilər fətva verdi:“Namus üstə qadını yandırmaq günahdır”

pakistan qadin

Pakistanda ruhanilərin nüfuzlu qrupu namus qətllərinə qarşı fətva verib.

Sünni Ittihad Şurası bildirib ki, namusa görə törədilən qətllər “böyük günah”dır. Ötən həftə Lahorda bir ana qızını cavan oğlanla qaçdığına görə diri-diri yandırıb. “Barbarlıq dövrünə doğru getdiyimiz görünür”, 100-dən çox ruhaninin daxil olduğu şura bildirir. “Qadınları öz seçimləri ilə ailə qurmalarına görə yandırmaq İslama ziddir”.

Fətva hökuməti namus qətllərinə görə günahkarları cəzalandırmağa çağırır. Hər il Pakistanda yüzlərlə qadın qohumları tərəfindən “namus üstündə” qətlə yetirir. Şübhəlilərə qarşı heç vaxt cinayət işi açılmır. Ancaq maarifləndirmə işi güclənməkdədir.

Fevralda namus qətllərindən bəhs edən film Oskar mükafatı alıb.