XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 09:44

Çirkli hava uşaqlarda psixi pozulmaya səbəbola bilər

cirkli

Əhalinin sağlamlığı və ekologiya sahəsində ekspertlərin gəldiyi qənaətə görə, havanın çirklənməsi insanların vaxtsız ölümünün əsas səbəblərindən biridir.

İldə təxminən 5,5 milyon insan təkcə ətraf mühitin, o cümlədən havanın çirklənməsi ilə bağlı ekoloji faktorlardan ölür. Bronxial astma, allergiya, dəri xəstəlikləri ilə çirklənmiş hava arasında qarşılıqlı əlaqələrin mövcudluğunu təsdiqləyən çoxsaylı tədqiqatlar mövcuddur. Dünya Səhiyyə Təşkilatı ürək-damar, obstruktiv ağciyər xəstəliklərini, tənəffüs sistemi infeksiyalarını, hətta ağciyər xərçəngini çirklənmiş hava ilə əlaqələndirir. Daha az görünən qarşılıqlı əlaqələrin mövcudluğu barədə də məlumat əldə edilib. Ətraf mühitin çirklənməsi təkcə fiziki xəstəliklərə deyil, psixi pozuntulara da səbəb ola bilər.

AZƏRTAC newsmir.info saytına istinadla xəbər verir ki, bunu Umeo Universiteti (İsveç) alimlərinin son tədqiqatlarının nəticələri göstərir. Bununla yanaşı, alimlər son tədqiqatlarından birində sübut ediblər ki, uşaqların psixi sağlamlığı ekoloji faktorların təzyiqinə məruz qala bilər. Elmi işin nəticəsinə əsasən, çirklənmiş ərazilərdə yaşayan uşaqlarda psixi pozulma riski təxminən 9 faizi keçib. Tədqiqatçılar bildirirlər ki, ekoloji cəhətdən əlverişsiz şəhərlərdə yeniyetmələr tez-tez sakitləşdirici və yuxu gətirən dərmanlar içirlər.