XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 07:37

Gənclərin məşğulluq problemi ilə bağlı Qərb regionunda təlimlər keçirləcək

qht genc.jpg

“Demokratik Islahatçı Gənclər” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin məşğullq probleminin həllinə dəstək”layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən verilən məlumata görə, layihə çərçivəsində qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrindən olan gənclərin bilik və bacarıqlarının artırılması, məlumatlanmalarına yardım göstərilməsi ilə onların məşğulluq probleminin həlli ilə bağlı dövlət və özəl sektor tərəfindən həyata keçirilən təşəbbüslərin dəstək veriləcəkdir:

“Layihədə hədəf əsasən region gənclərini əhatə etməkdir. Bu məqsədlə təlimlər iyul ayından etibarən Gəncə, Göygöl, Mİngəçevir və Sumqayıt ərazisində reallaşacaqdır. Qeyd edək ki, yuxarıda qeyd olunan regionların hər birində Azərbaycanın işğal altında olan ərazilərinin gənclərinin məskunlaşdığı kompakt düşərgələr mövcuddur”.