XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 17:18

Binəqədidə vəzifəli şəxslər arasında əlbəyaxa dava –Qalmaqala icra başçısının müdaxilə etdiyi bildirilir

stare-belediyye

Bakının Binəqədi rayonu, Binəqədi Rayon Bələdiyyələr Şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Starə Cabbarlı ilə müavini Sabir Həsənov əlbəyaxa dava edib.

Strateq.az bizimyol.info-ya istinadən xəbər verir ki, davaya səbəb sədr Sitarə Cabbarlının Sabir Həsənovu müavin vəzifəsindən uzaqlaşdırmaq istəyi olub.

Belə ki, bələdiyyənin sədr müavini Sabir Həsənov öz kabinetində, bələdiyyənin digər üzvləri ilə vergi yığımları haqda danışırmış. Elə bu vaxt otağa daxil olan xanım sədr, müavini alçaldıcı sözlərlə təhqir edib. Bununla da kifayətlənməyən Sitarə Cabbarlı, Sabir Həsənovun yaxasından tutaraq onu bələdiyyədən qovduracağını bildirib.

Məsələdən xəbər tutan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov birinci müavini İlqar Süleymanovu və YAP-ın Binəqədi rayon təşkilatının sədri, rayon icra hakimiyyətində şöbə müdiri işləyən Ramiz Göyüşovu dərhal bələdiyyəyə göndərib. Bələdiyyəyə gələn müavin və sədr onları sakitləşdiriblər.

Daha sonra məlum olub ki, bələdiyyə sədrinin Sabir Həsənovu vəzifəsindən uzaqlaşdırmaq istəməsinin səbəbi vaxtilə Vergilər Nazirliyində çalışan və hazırda Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlovu Sabir Həsənovun yerinə gətirməkdir. Guya bununla bələdiyyədə vergi yığımının vəziyyətini yaxşılaşdırmaq istəyir.

Qeyd edək ki, xəbərdə Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlovun vaxtı ilə işində yol verdiyi nöqsanlara görə nazir Fazil Məmmədovun əmri ilə vəzifəsindən kənarlaşdırıldığı da bildirilib.

Xanım bələdiyyə sədri ilə müavini əlbəyaxa oldu
Xanım bələdiyyə sədri ilə müavini əlbəyaxa oldu