XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 11:58

Xidmət rəisi əmr verdi, İrandan Azərbaycana quş əti gətirilməsinə qadağa qoyuldu
“İran ərazisində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar olaraq, Mazandaran vilayətindən Azərbaycana quş ətinin, quş əti məhsullarının, eləcə də bir günlük cücə və damazlıq yumurtanın gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub”.
Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Y. Xanvəli bildirib ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova sərəncam imzalayıb. Aidiyyəti qurumlara xəstəliyin ölkəmizə keçirilməsinin qarşısı alınması üçün tapşırıqlar verilib: “Eləcə də iş adamlarına, ayrı-ayrı dövlət qurumlarına bu barədə məlumatlar verilib”.