XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 20:32

Xəzər Universiteti Şərqi Avropa və Mərkəzi Asiyanın ilk70 universiteti arasında

“Quacquarelli Symonds LTD” (QS) reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetlərinin 2016-cı il üçün illik reytinqi müəyyənləşdirilib.

Xəzər Universitetindən bildirilib ki, reytinq siyahısına Avropa və Mərkəzi Asiyadan inkişaf etməkdə olan 21 ölkənin ən yaxşı 200 ali təhsil müəssisəsinin adı daxil edilib.

Keçən illə müqayisədə reytinqdə bu il Azərbaycandan 6 ali təhsil müəssisəsi iştirak edib. Həmin ali məktəblərin adı ən yaxşı 200 universitet sırasına daxil edilib. Reytinq siyahısına görə, Xəzər Universiteti 51,9 xalla 68-ci yerdədir.