XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 17:26

Telefonlarımıza naməlum nömrələrdən gələn zənglər – VİDEO
Bəzən telefonlarımıza naməlum nömrələrdən zənglər gəlir. Əksər hallarda isə insanlar naməlum nömrədən gələn zənglərə cavab vermir. Ancaq belə zənglər vacib də ola bilər. Lakin vacib olan zəngi bezdiricidən necə ayırmaq olar? Mütəxəsislər bildirirlər ki, naməlum nomrələrı bəzi mobil proqramları telefonua yükləməklə müəyyən etmək olar.
Mobil telefona gələn gizli zənglər demək olar ki, hamını narahat edir. Xüsusilə də zəng edən şəxs tanış deyilsə.
Ancaq gizli nömrələri müəyyən etmək mümkündür. Həmin nömrələri aşkar edən hətta haradan zəng etdiyini müəyyən edən smrtfon aplikasiyalar var. Belə mobil tətbiqlərin biri “Trapkal”dır. Bu proqramla smartfon istifadəçiləri gizli zəng gələn nömrəni öyrənə və onu bloka sala bilər.
Başqa bir mobil tətbiq “Trak Coller Lokeyşindir”. Bu aplikasiya əvvəlki proqramın imkanları ilə yanaşı zəng edənin kordnasiyasını da göstərə bilir.
Mobil tətbiqlərdən biri də “Kontaktivdir”. Bu, naməlum zəngin mənbəyinin axtarışını avtomatlaşdırır və nizamlayır. Proqram arzuolunmaz zəngləri bloklama imkanıda tanıdır.