XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 11:47

General Aydın Əliyev vətəndaşları qəbul edəcək- Gədəbəydə

aydin-aliyev-500x255

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 23-də saat 10:30-da Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında (Heydər Əliyev prospekti 2) vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, qəbul zamanı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 22-si saat 10:30-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.