XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 13:51

Azərbaycanda 2 mindən artıq müəllimiş yerini dəyişmək istəyir

mekteb

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları davam edir.

Təhsil Nazirliyindən bildiriblər ki, müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2.107-si test imtahanı mərhələsinə dəvət olunub.

Namizədlərə ixtisaslarına uyğun olaraq, ümumi təhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika və təlim strategiyaları üzrə 10, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sual təqdim edilir. İmtahan bitdikdən sonra ekranda namizədin topladığı bal əks olunur.

Vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaq.