XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 10:45

Rayon maşını qadağası “Bakı-2015”-dən sonra da qalacaq?

Avropa Oyunları ərəfəsində şəhər nəqliyyatına tətbiq edilmiş məhdudiyyətlərin bəziləri oyunlardan sonra da tətbiq edilə bilər.

Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənov bildirib.

“Məsələn, əyalət avtomobillərinin paytaxta buraxılması üzrə məhdudiyyətləri iyunun 28-dən sonra da tətbiq etmək mümkündür”,- deyə ekspert vurğulayıb.

Məntiq aydındır – Avropa Oyunları ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər nəticəsində şəhərdə tıxaclar demək olar ki, sıfıra enib. Həmçinin şəhər havasının ekoloji durumu da xeyli yaxşılaşıb.

“Hər gün regionlardan Bakıya 100 minə qədər avtomobil gəlir. Bu, şəhərin mərkəz hissəsində olan avtomobil sıxlığını 40 faizə qədər artırır. Rəsmi statistikaya görə, Bakıda 800 minə yaxın avtomobil qeydiyyatdadır. Amma onların yalnız 100 – 150 mini yollarda hərəkətdə olur. Buna görə də rayonlardan daxil olan 100 min avtomobil şəhər mərkəzindəki sıxlığa ciddi təsir göstərir. çünki rayonların Bakı ilə əlaqələri həddindən yüksəkdir”,– deyə Azər Allahverənov bildirib.

Variant aydındır. Ekspert Bakı-Ələt yolunda və Xırdalan dairəsində hazırda pulsuz fəaliyyət göstərən dayanacaqların işini Avropa Oyunlarından sonra da davam etdirməyi məsləhət görür: “Oyunlardan sonra rayon maşınlarını çox ucuz qiymətə, məsələn sutkası 1 manata orada saxlamaq olar. Həm də həmin dayanacaqlara çox əlverişli şəhər nəqliyyatı marşrutları çəkmək olar ki, adamlar çox asanlıqla lazımi ünvanlara çata bilsin. Yəni adamlar tıxaclarda benzin yandırmaqdansa avtomobili dayanacaqda qoyub lazımi ünvana ictimai nəqliyyatla getməyi daha sərfəli saymalıdırlar”.

Ekspertin sözlərinə görə, Azərbaycan paytaxtında əyalət maşınları Bakı platosunda yerləşən mərkəz hissəsinə yalnız axşam saat 20-dən səhər saat 6-ya qədər çıxa bilərlər.