XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 11:23

Gəncədə at maşınla toqquşdu –FOTO

at masin

Gəncə şəhərində at maşını vurub.

Kəpəz TV-nin yaydığı məlumata görə,qəribə hadisə şəhərin Yeni Gəncə qəsəbəsində 28 may küçəsində baş verib. Daşkəsən rayon sakini 46 yaşlı Etibar Qurbanov idarə etdiyi VAZ 2105 markalı avtomobillə hərəkətdə olarkən qəfildən qarşısına at çıxıb. İdarə etməni itirən Etibar Qurbanov atı vurub. Ata heç nə olmasa da avtomobilin qabaq hissəsi və sağ tərəfi əzilib. Etibar Qurbanovun sözlərinə görə at qəfildən qarşısına çıxıb və sahibi yanında olmayıb.

Sürücü Etibar Qurbanov baş vermiş hadisə zamanı özündə olmadığını deyib:  “Mən özümü itirmişəm, məni sükan arxasından buradakı insanlar ayıldıb. Ayılandan sonra atda yox idi, yiyəsi var idisə o da yox idi. Parkdan çıxdı. Parkda insan gəzir at gəzmir. Buna nəzarət edən yoxdumu ki, o at asfaltda nə gəzir? Buna kim baxmalıdı? Mənim maşınım nəyə görə şikəst olmalıdı?”