XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 12:44

2020-ci ilədək 4 milyard insan mobil internetdənistifadə edəcək

internet_221212_2

 

“PwC” konsaltinq agentliyi analitik tədqiqat dərc edərək 2020-ci ilədək planet əhalisinin sayının 7,4 milyard nəfər təşkil edəcəyini açıqlayıb.

AZƏRTAC ictnews.az saytına istinadla xəbər verir ki, əhalinin 3,84 milyardı smartfon və planşetlər vasitəsilə mobil internet xidmətlərinin aktiv istifadəçisi olacaq. Bu isə nisbi rəqəmlərdə o deməkdir ki, yer kürəsi əhalisinin 52 faizi və ya yarısından çoxu internetə çıxış imkanı əldə edəcək. Həmçinin “PwC” mütəxəssisləri qeyd edirlər ki, mobil trofikin 82 faizi videoya baxışa sərf olunacaq, internet istifadəçilərinin 92 faizi ABŞ-dan kənarda yaşayacaq.

Bildirilir ki, 2020-ci il müxtəlif proqnozlar üçün vacib psixoloji hədd və populyar tarixdir. Belə ki, bu ilin əvvəlində “Cisco” şirkəti 2020-ci ilədək dünyada smartfon sahiblərinin sayının daimi elektrik enerjisi istifadəçilərinin sayını üstələyəcəyini bildirib.

Ötən il isə “Ericsson” şirkəti bəyan edib ki, 2020-ci ildə planet əhalisinin 70 faizi smartfon sahibi olacaq. Bundan başqa, iki il əvvəl “GSMA” şirkəti qeyd olunan tarixədək yer kürəsi əhalisinin yarısının internet istifadəçisi olacağını proqnozlaşdırıb.