XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 17:01

ABŞ-da istidən 4 nəfər öldü –Hərarət 47 dərəcəyə yüksəlib

 

isti

KİV-lərin məlumatına əsasən ABŞ-ın cənub-qərbində bazar günü anomal isti hava şəraiti ilə bağlı hadisələr nəticəsində azı 4 nəfər həlak olub.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, şiddətli istilər nəticəsində baş verən ölüm hadisələri Arizona ştatında qeydə alınıb. CNN telekanalının məlumatına əsasən, həyatını itirən 4 nəfərdən 2-si piyada turizmi ilə məşğul olurdu.

Anomal isti havalar Kaliforniya ştatının cənub hissəsində, Arizona ştatının müxtəlif rayonlarında, Nevada ştatının cənubunda və Nyu-Meksiko ştatında müşahidə olunub. Bu bölgələrdə termometrlərin göstəriciləri Selsi şkalası üzrə 47 dərəcəyə qədər yüksəlib. Regionun bəzi hissələrində təbii yanğınlar qeydə alınıb.

İyunun 20-də ABŞ-ın cənub-qərbində isti hava şəraitinin davam edəcəyi bildirilir.