XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2015 - 16:08

Misirli məmurdan əhalisinə çıxış yolu: “Gedin, eşşək əti yeyin!”

Misirdə çevrilişdən sonra qida qiymətlərinin durmadan artması maraqlı həll yollarının ortaya çıxmasıyla yadda qalır. Bir TV kanalına açıqlama verən Misir Qida Təhlükəsizliyi Dairəsi başçısı Hüseyn Mənsur bahalı ət ala bilməyənlərə uzunqulaq kəsərək yeməyi məsləhət görüb.

Mənsur eşşək ətinə xalq arasında xor baxıldığını və din tərəfindən də qadağan olduğunu ifadə edərək, gigiyena şərtlərinə uyulduğu təqdirdə, kəsilən ulaq ətinin digər ətlərdən fərqlənmədiyini deyib. O, eşşək ətinin yalnız gigiyenaya riayət edilməməsi halında zərərli olduğunu, lakin sanitar qaydalara uyğun kəsilərsə bütün zərərlərin ortadan qalxdığını bildirib.

Misirli məmur bir az da irəli gedərək, eşşəyə iti də qatıb və həmin heyvanların ətini səhvən yeyənlərin nəylə qidalandıqlarının belə fərqinə varmadıqlarını ifadə edərək, bunun zərərli olmadığına təminat da verib.

Maraqlıdır ki, Misir polisi ötən günlərdə Fəyyum rayonunda bir fermaya etdiyi basqın zamanı onlarla eşşək ələ keçirib. Ferma sahibləri, çöl pişiklərinin bəsləmək üçün yaşlı və şikəst uzunqulaqları kəsdiklərini iddia ediblər.

İslam fiqhinə görə, evcil uzunqulaq ətinin yeyilməsi haramdır. Bu səbəbdən də Misir Qida Təhlükəsizliyi Dairəsi müdirinin fikirləri xalq arasında sərt reaksiyalarla qarşılanıb.

Strateq.az