XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 02:29

Azİmport şirkəti əməkhaqqı məsələsinə aydınlıq gətirdi: “Ödənəcək”

Son vaxtlar adı medianın gündəmindən düşməyən “Azİmport” şirkəti işçilərinin əməkhaqqı ödənişində yaranmış çətinliklərin səbəbləri ilə bağlı mediaya açıqlama verib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a göndərilən məlumatda deyilir ki, Bakının Yasamal rayonunun Bayıl qəsəbəsində və Səbail rayonunun “Şanxay” adlanan ərazisində aparılan abadlıq işlərində çalışanlara əməkhaqqı ödənilməsində gecikmənin olması ilə əlaqədar şirkətə ayrı-ayrı vətəndaşlardan və KİV nümayəndələrindən müraciətlər daxil olub: “Azİmport MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, şirkət rəhbərliyi hər bir müraciətə diqqətlə yanaşır, verilən təkliflər və qaldırılan məsələlərlə bağlı araşdırmalar aparır, onların mövcud qanunvericilik normalarına və vətəndaşların mənafeyinə uyğun şəkildə öz həllini tapması üçün zəruri tədbirlər həyata keçirir”.

Eyni zamanda, mediaya açıqlamasında Şirkət əməkhaqqı ödənişində yaranmış problemin səbəblərinə də aydınlıq gətirir: “”2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində paytaxtımızda geniş abadlaşdırma işləri aparılır ki, şirkətimiz də həmin işlərin icrasında iştirak edir. Birinci Avropa Oyunlarına hazırlıq ərəfəsində şirkətimiz Bayıl qəsəbəsində və “Şanxay” adlanan ərazidə bina və hasarların rənglənməsi işlərini yerinə yetirmişdir. Həmin işlərə cəlb edilmiş şəxslərə əməkhaqqının verilməsində yaranmış gecikmənin səbəbi görülmüş işlərin sifarişçi tərəfindən hələ tam həcmdə qəbul edilməməsi və müvafiq olaraq, ödənişin başa çatdırılmamasıdır”.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsi açıqlamasında işçilərin əməkhaqqının tam şəkildə ödəniləcəyini də bəyan edib: “Şirkət sifarişçi ilə tam hesablaşdıqdan sonra, əmək müqaviləsinə uyğun olaraq, sözügedən işlərdə çalışmış hər bir vətəndaşa əməkhaqqı borcunun ödənilməsini təmin edəcəkdir”.