XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 12:36

“Gəlirləri aşağı olan insanlar yeni tikilən binalardan ev ala bilmirlər” –Prezidentin köməkçisi sosial evlərdən danışdı

menzil

"Gənc ailələr, gəlirləri aşağı olan insanlar yeni tikilən binalardan ev ala bilmirlər".

Bu sözləri Azərbaycan Respublikasının prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

O, sözügedən şəxslər üçün sosial evlərdə mənzilə daha asan şəkildə sahib olacaqlarını bildirib:

"Sosial problemlərin həlli istiqamətində görülən tədbirlər sırasında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını da qeyd etmək lazımdır. Məlumdur ki, son illərdə tikinti sektoru sürətli inkişaf edib, ölkəmizdə özəl şirkətlər tərəfindən çoxmənzilli binalar inşa edilib. Lakin yeni inşa edilmiş binalardakı mənzillərin yaşayış sahələrinin böyüklüyü, satış qiymətlərinin isə yüksək olması gəlir səviyyəsi orta və aşağı olan insanlar üçün bu mənzillərin əldə edilməsini məhdudlaşdırır. Aşağı təminatlı sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən də gənc ailələr üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılması məqsədilə 2016-cı ilin aprel ayında təşkil edilmiş sosial mənzillər təcrübəsinin Azərbaycanda həyata keçirilməsini təmin edəcək".

Natiq Əmirov regionlarda yeni iş yerlərinin yaradıldığını, lakin buna baxmayaraq əsas işçi qüvvəsinin paytaxta axışdığını deyib:

"Əmək bazarındakı vəziyyət daha müfəssəl şəkildə öyrənilməli, proqnozların tərtibi və inkişaf ssenariləri, əmək bazarı iştirakçılarının ixtisasları, yaş qrupları, əmək haqları, yaş bölgüsü, cinsinə görə təhlillər və qiymətləndirilmələr aparılmalıdır. Son illərdə regionlarda külli miqdarda iş yerlərinin yaradılmasına baxmayaraq, hələ də ümumi iş götürənlərin və muzdlu çalışanların əhəmiyyətli hissəsinin Bakı şəhərinin payına düşməsi bu sahədə daha ciddi işləməli olduğumuzu göstərir".

AzNews.az