XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 06:02

Doğuş zamanı ana və uşaq öldü – Goranboyda

Bu gün gecə saatlarında Goranboyda doğuş zamanı ana və uşaq ölüb.

Strateq.az modern.az-a istinadən xəbər verir ki, hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasında baş verib. Buna görə, ölən ana və uşağın sahibləri ilə xəstəxana işçilərinin arasında ciddi insident olub. Xəsarət alanlar var.

Məsələ ilə bağlı xəstəxanın şöbə müdiri İradə Həsənova sayta açıqlamasında qeyd edib ki, 1983-cü il təvəllüdlü Aslanova Nəcibə Şahmar qızı iyunun 22-də onlara çox ağır vəziyyətdə müraciət edib. “Xəstə bizə daxil olanda koma vəziyyətində idi. Məmmədəva Şəhla həkim tərəfindən təcili olaraq əməliyyata alındı. Lakin vəziyyəti ağır olduğu üçün həm Bakıdan, həm Gəncədən həkimlər çağırıldı. Amma gecə saat 3 radələrində ana keçindi”.

İ.Həsənova uşağın da ölü doğulduğunu vurğulayıb. “Fermada yaşayan ailə olub və özünün hamiləliyindən də xəbəri olmayıb. İki böyük uşağı var. Hamiləlikdən xəbəri olmadığı üçün heç hara müraciət etməyib.

Anasıgilə gələndə başağrısının olduğunu deyib. Anası həkimə aparmağa çalışsa da gəlin getməyib və qəfildən halı pisləşib. Anasıgil də təcili bura gətiriblər”.

Şöbə müdiri bu hadisə nəticəsində xəstəxanada dava olması, polisin müdaxilə etməsi faktını inkar edib.