XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 19:41

Lənkəranda tarixi abidə qalmaqalı –İcra Hakimiyyəti komitə sədri ilə naziri "nişan" verdi

abide-lenkeran

Lənkəran Rayon İcra Hakimiyyəti dövlət tərəfindən mühafizəyə götürülmüş dahi Nizami Gəncəvinin heykəli və onun adını daşıyan tarixi memarlıq abidəsi – "Nizami” kinoteatrının sökülməsi ilə bağlı yenidən açıqlama yayıb.

Strateq.az xəbər verir ki, İcra Hakimiyyəti Nizaminin heykəli və adına olan kinoteatrın dağıdılmasının günahını açıq mətnlə Mədəniyyət və Turizm Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin üzərində atıb:

"Azərbacan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Lənkəran ŞİH-nə ünvanladığı 10.10.2014-cü il tarixli məktubda Nazirliyin Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin balansında olan, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, 4 ünvanında yerləşən "Nizami” kinoteatrının binası üzün müddət istifadə olunmadığı, həmin binanın əsaslı təmir edilmədiyi, yarasız hala düşdüyü qeyd edilir və bu binanın gələcəkdə bərpası və kinoteatr kimi istifadə olunması nəzərdə tutulmadığı bildirilir. 

Eyni zamanda məktubda sözügedən kinoteatr binasının qarşısında qoyulmuş Nizami Gəncəvinin heykəlinin baxımsız hala düşdüyü qeyd olunaraq heykəlin bu ərazidə saxlanılmasının məqsədə uyğun olmadığını nəzərə alaraq heykəlin qorunub saxlanılması, şəhərin daha münasib hissəsinə köçürülməsi üçün tədbirin görülməsi xahiş edilib. Bu məktuba əsasən şəhər İcra hakimiyyəti tərəfindən Nizami Gəncəvinin heykəlinin şəhərin Paşa Təhmazov küçəsinə yerləşən Mərkəzi kitabxananın qarşısına köçürülməsi təmin edilib. 

Əlavə olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı özəlləşdirərkən balanssaxlayıcısının rəyini (bu əmlakın balanssaxlayıcısı Mədəniyyət və Turizm Nazirliyidir) almaqla əmlakın özəlləşdirilməsini həyata keçirib.

"Nizami” kinoteatrı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılmış "Neon-111” MMC tərəfidən satınalınmış və cəmiyyətə Daşınmaz Əmlakın Reystri xidməti tərəfindən 27.11.2014-cü il tarixində seriya RX0521676 nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında çıxarış verilib.

"Neon-111” MMC-i əmlakı özəlləşdirdikdən sonra mülkiyyət hüququna dair sənədlə mülkiyyətində olan torpaq sahəsində qeyri yaşayış obyektinin tikilməsini həyata keçirməyə başlayıb”. 

Onu da qeyd edək ki, İcra Hakimiyyəti bundan əvvəlki açıqlamasında isə fərqli fikirlər irəli sürürdü.

Belə ki, Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi Marifə Əhmədova AzNews.az-a açıqlamasında bildirib ki, “Nizami” kinoteatrı tarixi abidə deyil: ““Nizami” kinoteatrı heç zaman memarlıq abidəsi olmayıb. 60-cı illərə aid olan bir tikilidir. Uzun müddət istifadəsiz olub, yararsız vəziyyətə düşüb. Kinoteatrlar istifadə olunmadığından bina qəzalı vəziyyətə düşmüşdü. Özü də o dövlət səviyyəsində 5 il bundan öncə özəlləşdirilən bir əmlakdır. Onun yerində hər hansı ictimai iaşə obyekti tikilir”.

N.Gəncəvinin heykəlinə gəlincə, M.Əhmədova onun adi betondan tökülmüş bir heykəl olduğunu bildirib: “Onu sökməyiblər, götürüb bir müəssisəyə veriblər, orada istifadə olunur”.

Ancaq İH-nin son açıqlamasında nazirliyin adı xüsusi çəkilməklə, aydın olur ki, sözügedən tikili tarixi abidə kimi nazirlik tərəfindən qeydə alınıbmış və heç də əvvəl deyildiyi kimi, adi tikili olmayıb.