XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 11:11

Qarasu stansiyasında baş yolun əsaslıtəmirinə başlanıldı

Bu gün Qarasu stansiyasında 1100 metr uzunluğunda baş yolun əsaslı təmirinə start verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, artıq köhnə yolun söküntüsünə başlanılıb.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işləri sabah başa çatacaq.

Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometrlik hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 115 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.