XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 14:09

Azərbaycanda şəkərli diabet xəstələrininsayı açıqlandı

Hazırda ölkəmizdə 204 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Diabet xəstələrinin 62 mini paytaxt Bakının payına düşür.

Bunu akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən “dəyirmi masa”da Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə deyib.

Y.İsmizadə bildirib ki, hazırda Respublika Endokrinoloji Mərkəzdə (REM) şəkərli diabetdən əziyyət çəkən 512 uşaq dispanser qeydiyyatındadır. Həmin uşaqlar insulin analoqları, qlükometr və test çubuqları ilə daim tam təmin olunurlar. Mərkəzin direktorunun sözlərinə görə, 90 uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin edilib. Şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı ilə yanaşı, rayonlarda da həyata keçirilir.

Bu sahədə xidmət səviyyəsinin daha da artırılması məqsədilə pasiyentlərin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registr yaradılıb.

Y.İsmizadə onu da qeyd edib ki, REM diabet xəstələrinin istirahətinin təşkili məqsədilə də zəruri işlər görür. Mərkəz tərəfindən 50 diabetli gənc yay düşərgəsinə istirahətə göndərilib.