XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 14:37

Magistraturaya qəbul olunanlar, keçid balları:“Magistr” jurnalının V sayı nəşr edildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının beşinci nömrəsini nəşr etdirib.

TQDK-dan bildiriblər ki, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Bakalavrların nəzərinə çatdırılır ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak üçün elektron ixtisas seçimi haqqında elan 2016-cı ilin avqustunda TQDK-nın internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.

Jurnalı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Jurnalın elektron versiyasını isə (pdf formatında) TQDK-nın saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş yolu ilə əldə etmək mümkündür.