XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 19:06

Xaricdə təhsil arzulayanların diqqətinə! –“Təqaüd” proqramı üzrə tələbə qəbulu elan edildi

“Edu Gate” İnkişaf Mərkəzi yerli və xarici şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilən “Təqaüd” təhsil proqramı üzrə tələbə qəbulu elan edir.

Proqram xarici dil, xaricdə təhsil, şəxsi inkişaf, incəsənət, peşə üzrə ixtisaslaşma və digər istiqamətlərdə həvəsi və bacarığı olan, lakin imkansızlıq səbəbindən istəyini reallaşdıra bilməyənlər üçün nəzərdə tutulub. Proqramdan müvafiq sahələrdə fərqlənən Azərbaycan Respublikası vətəndaşları faydalana bilərlər. Proqrama əsasən ingilis və rus dili dərsləri üzrə (A1, A2, B1, B2) tələbə qəbulu həyata keçirilir.

Təhsil təqaüdü üzrə qəbul səviyyə imtahanının nəticəsinə uyğun aparılır. Tələbənin səviyyə imtahanının nəticəsi onun təhsil təqaüdünü müəyyənləşdirir. Qəbul olunan tələbənin təqaüdü oxuduğu səviyyə müddətini əhatə edir. Təqaüdlü təhsilini davam etdirmək üçün tələbə yenidən səviyyə imtahanında iştirak etməlidir.

Proqramda iştirak etmək istəyənlər aşağıdakı müraciət formasını doldurmalıdırlar:

https://docs.google.com/forms/d/1dF-YAiFpyB9H3xOnevgbWlj7iJF2Q94GWcGM4c7dD_o/viewform