XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 11:28

Nazirlik işsizlərə çağırış etdi – 185 boş iş yeri var
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının təşkili işləri davam etdirilir.
Nazirlikdən Strateq.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti növbəti əmək yarmarkasını iyunun 25-də Neftçala rayonunda keçirəcək.
Neftçala rayon Mədəniyyət Mərkəzində təşkil olunacaq yarmarkada 16-sı dövlət, qalanları özəl sektora məxsus 39 müəssisə üzrə 185 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək. Həmin müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyən şəxslər qeydiyyata alınacaq.