XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 21:13

Yeni binalarda kupçasız mənzil alanlara ipoteka krediti veriləcək –Dəyişiklik

menzil

Azərbaycanda  yeni tikilən, ancaq Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi gecikən çoxmənzilli binalardakı mənzillərin alınması üçün ipoteka krediti veriləcək. 

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanında əksini tapıb. 

Fərmana əsasən, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilib.

İndiyə qədər “Azərbaycan İpoteka Fondu”  ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilib.

Dəyişikliyə əsasən isə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi tələbi aradan qaldırılıb. 

Başqa sözlə,  Azərbaycan İpoteka Fondu”  ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldiləcək. 

APA