Mili Məclis bu gün Vergi Məcəlləsində dəyişikliklər haqqında qanun layihəsini təsdiq edib.
Dəyişikliklərə əsasən, ölkə ərazisində xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən alınan mallar ƏDV-dən azad ediləcək (Tax Free).
"Tax Free" imkanlarından istifadə etmək üçün bir elektron hesab-fakturası üzrə alınmış malların dəyəri 300 manatdan aşağı olmamalıdır (ƏDV nəzərə alınmaqla).