XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 08:27

Səlim Müslümov 6 rayondan şikayətçi qəbul etdi, məmurlara tapşırıq verdi
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qəbələ rayonunda bu rayonun və Şəki, Oğuz, Balakən, Zaqatala, Qax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Nazirlikdən Strateq.az-a verilən məlumata görə, “Açıq qapı” şəraitində keçən qəbul zamanı vətəndaşlar əsasən dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təmin olunma, bərpa-müalicəsinə köməklik edilməsi, məşğulluğun təminatı, sosial xidmət müəssisəsinə qəbul edilmə, istehsalat xəsarətinə görə müavinətin təyin olunması, əmək hüquqlarının müdafiəsi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunma və digər məsələlərlə bağlı müraciət ediblər.
S.Müslümovun tapşırığı əsasında bir sıra müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində həllini tapması, ayrı-ayrı vətəndaşların bərpa-müalicəsinə köməklik göstərilməsi, lazımi reabilitasiya avadanlıqları, əlilliyi olan şəxslərin sanator-kurort yollayışı ilə təmin olunması və s. barədə tapşırıqlar verilib.
Ayrı-ayrı şəxslərin minik avtomobilinə tibbi göstərişinin olub-olmamasının müəyyən edilməsi üçün onların müayinəsinin aparılması barədə göstəriş verən nazir bildirib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobili ilə təminatının sürətlənməsi bu məqsədlə növbəyə dayanmaq istəyənlərin sayının artmasına səbəb olub: “Lakin burada qanunvericiliyə əməl olunmasına və şəffaflığın təminatına ciddi nəzarət həyata keçirilir. Təkcə cari ilin yanvar-mart aylarında TSEK-lərə müraciət edənlərdən yalnız 31,1%-nin (130 nəfər) minik avtomobilinə tibbi göstərişinin olduğu müəyyən edilib və onlara həmin göstərişlər verilərək növbəyə götürülüb”.
Qəbul zamanı iş yeri ilə təmin edilmək üçün müraciət edən şəxslərin məşğulluğunun təminatına yerindəcə köməklik göstərilib. ünvanlı sosial yardım və əlillik təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib və həmin müraciətlərin obyektiv araşdırılaraq konkret tədbirlər görülməsi tapşırılıb. Bir sıra müraciətlər nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı olduğundan onlar müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.