XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 10:48

Turistlərin işi asanlaşacaq- Azərbaycanda Bələdçilər Assosiasiyası yaradılır

rus-turist

Azərbaycanda turizmin inkişafı və xarici turistlərin sayının artması peşəkar turizm bələdçilərinin fəaliyyətinə olan tələbatı artırır.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, bununla əlaqədar Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib. Tədbirdə bələdçilərin fəaliyyətinin tənzimlənməsi və peşəkarlığın artırılması, respublika ərazisində bələdçilik fəaliyyəti ilə məşğul olan müstəqil bələdçilərin Mədəniyyət və Turizm Nazirliyinin Attestasiya Komissiyası tərəfindən akkreditasiyadan keçirilməsi və bələdçilik kartının alınması, siyasi təhlükəsizlik prinsiplərinin qoruması kimi məsələlər, həmçinin Bələdçilər Assosiasiyasının yaradılması müzakirə olunub.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri və peşəkar bələdçilər iştirak ediblər. Görüş zamanı ölkəmizə gələn qonaqlara və turistlərə ekskursiya xidməti göstərən bələdçilərin fəaliyyətində mövcud olan problemlər müzakirə olunub və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda bu görüşlərin mütəmadi olaraq keçirilməsi, Bələdçilər Forumunun təşkil olunması və növbəti iclaslarda konkret tədbirlərin görülməsi təklif olunub.