XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

25 İyun 2015 - 10:09

Sükan arxasında musiqi dinləmək niyə təhlükəlidir?

ABŞ-ın Ben-Qurion universitetinin alimləri avtomobil sükanı arxarınsa musiqi dinləməyin yaratdığı təhlükə ilə bağlı araşdırma aparıblar. Xarici mətbuatın yazdığına görə, universitetin nəzdindəki incəsənət şöbəsinə rəhbərlik edən psixologiya professoru Uorren Brodski musiqinin sürücünün emosional vəziyyətinə, diqqət və konsentrasiyasına təsir göstərən amil kimi öyrənilməsinə həsr edilmiş araşdırmasını dərc edib. Araşdırmada bildirilib ki, avtomobil dünyada yəqin ki, hansısa musiqinin seçilməsi ilə sizi öldürə biləcək yeganə şeydir.

O, müəyyən edib ki, istənilən musiqi ən güclü emosional həyəcan doğurmağa, sürücünün konsentrasiyanı kəskin surətdə azaltmağa qadirdi. Musiqi janrı necə olmasından asılı olmayaraq – bu müsbət də ola bilər, mənfi də, fərqi yoxdur. çox güclü emosiyalar yarada bilər ki, buna da imkan vermək olmaz. Güclü nostalji hissləri yaradan musiqi xüsusilə təhlükəlidir. Alim hesab edir ki, bununla mübarizə aparmaq kifayət qədər sadədir- musiqinin böyük emosional təsir yaratmasının ilk əlamətləri yaranan zaman onu cəld dəyişmək lazımdır. Məhz dəyişmək lazımdır, radionu və ya maqnitofonu söndürmək yox.

Bu araşdırma sözügüdən sahədə ilk deyil. Belə ki, Amerika sığorta şirkəti “Erie Insuranse” müəyyənləşdirib ki, sükan arxasında xəyala dalmaq diqqəti kütləşdirir və bu ölüm halları ilə nəticələnən qəzaların 60%-nin əsas səbəbidir.