XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

25 İyun 2015 - 12:57

Şəhid və əlil ailələrinə 1000-ə yaxın mənzil tikiləcək – Nazırdən açıqlama

İlin sonuna qədər şəhid ailələri və əlillərə 1000-ə yaxın mənzil veriləcək.

Bu barədə əmək və əhalinin sosial müdafəsi naziri Səlim Müslümov məlumat verib. Nazir digər bölgələrdə tikilən mənzillərin sayını da açıqlayıb və ilin sonunadək bütün evlərin sahiblərinə veriləcəyini deyib.

Hazırda respublikanın demək olar ki, bütün bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 379 fərdi ev tikilir. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində hündürmərtəbəli binalarda mənzillər alınaraq bu qrupa daxil olan insanlara veriləcək.

Nazir bildirib ki, İmişli və Beyləqan şəhərlərində 2 ədəd 54 mənzilli binalar, Şamaxı şəhərində isə 4 mərtəbəli 36 mənzilli bina tikilir.

Bundan əlavə ailələr üçün Bakının Nizami rayonunda 96 mənzilli 12 mərtəbəli bina da tikintisini davam etdirir. Bu mənzillər ilin sonuna kimi şəhid ailələri və müharibə əllillərinə veriləcək.