XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 15:36

Hərbi Akademiya məzunlarının buraxılış mərasimi keçirilib

herbi mezun.jpg

Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

Strateq.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra mərhum prezident Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Buraxılış mərasimində Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdıraraq geniş məruzə ilə çıxış edib.

Sonra general-leytenant H.Piriyev və polkovnik Murad Həmidov tərəfindən məzunlara diplomlar və döş nişanları təqdim olunub.

Tədbirin sonunda Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu və Əməliyyat-taktiki fakültəsini yüksək nəticələrlə bitirmiş dinləyicilər akademiyanın yaş kötüyünə xatirə lövhəsini vurublar.