XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 18:22

Prezident Şirvanla bağlı sərəncam imzaladı –İcra Hakimiyyətinə pul ayrıldı

prezident-aliyev-1

Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Şirvan şəhərinin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və 7 çoxmənzilli binanın lift təsərrüfatının yenidən qurulması məqsədi ilə aşağıdakı qərar verilib:

1. Şirvan şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin aparılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 400,0 (dörd yüz) min manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 800,0 (səkkiz yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.