XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 11:26

700 bal toplayan abituriyentlər KATV1-dən 4 illikpulsuz internet əldə edəcək

Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 şirkəti cari ilin qəbul imtahanlarında 700 bal toplayan bütün abiturientləri mükafatlandıracaq.

Şirkətdən Trend-ə verilən məlumata əsasən, 700 bal toplayan hər bir abituriyent hədiyyə olaraq təhsil aldığı 4 il ərzində KATV1-in pulsuz yüksəksürətli interneti ilə təmin olunacaq, o cümlədən Wi-Fi ruter və HD-qəbuledici əldə edəcəklər.

KATV1 şirkəti gəncləri təhsil almağa həvəsləndirmək məqsədilə sözügedən kampaniyanı hər il keçirəcəyini bəyan etdi.