XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 11:50

Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkənxəstələrin sayı açıqlandı

xestexana-daxili-

Bu gün Azərbaycanda xroniki böyrək çatışmazlığından 2900-dən artıq xəstə əziyyət çəkir.

Bu rəqəm xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlara dövlət qayğısı ilə bağlı iyunun 29-da 1 saylı Kliniki Tibbi Mərkəzdə keçirilən “dəyirmi masa”da səslənib.

Tədbirdə qeyd olunub ki, xroniki böyrək çatışmazlığı uzun sürən böyrək xəstəliyi nəticəsində əmələ gəlir. Azərbaycanda hemodializ qəbul edən xəstələrin əksəriyyətində böyrək xəstəliyinə səbəb şəkərli diabetdir. Həmçinin tədbirdə böyrək çatışmazlığı xəstəliyinin müalicəsində mövcud problemlərdən də danışılıb. Hazırda 171 həkim və 408 orta tibb işçisinin dializ müalicəsi ilə məşğul olduğu diqqətə çatdırılıb.

Eyni zamanda, 2006-cı ildə Nazirlər Kabineti tərəfindən xroniki böyrək xəstəliyinə dair Dövlət Proqramının qəbul olunduğu, son illərdə regionlarda açılan yeni dializ mərkəzlərinin əhalinin dövlət hesabına müalicə almasına imkan yaratdığı, artıq hemodializ növbəsinin aradan qaldırıldığı vurğulanıb.