2016-ci və 2017-cı illərdə SAT imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test mərkəzi tərəfindən bu il oktyabrın 1-də, dekabrın 3-də və 2017-ci il yanvarın 21-də, mayın 6-da, iyunun 3-də keçiriləcək.
TQDK-dan bildiriblər ki, SAT imtahanları (üç fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) TQDK-nın inzibati binasında təşkil olunacaq.
İmtahan mərkəzinin ünvanı: Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M.
İmtahanlara qeydiyyatdan keçmək üçün ətraflı məlumatı bu link vasitəsilə əldə etmək mümkündür.