XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 17:55

Blatterdən gözlənilməz açıqlama: “FİFA prezidentliyindən istefa verməmişəm”

blatter.jpg

FİFA prezidenti Yozef Blatter bəyan edib ki, o, postundan istefa verməyib və bu barədə yayılan məlumat düzgün deyil.

Strateq.az bildirir ki, Blatter bu bəyanatı FİFA müzeyinin açılışı zamanı jurnalistlərin suallarına cavab verərkən verib.

Blatter bildirib ki, onun sözlərini düzgün təqdim etməyiblər. “Mən istefa verməmişəm. Sadəcə öz gələcək müqəddəratımı FİFA-nın növbədənkənar konqresində etibar edərək baxılmasını istəmişəm. Mən yenidən namizədliyimi irəli sürəcəyəm”-deyə Blatter vurğulayıb.

FİFA öz növbəsində Blatterin prezident postundan istefa vermədiyini təsdiq edib.

Qeyd edək ki, FİFA-nın konfransında 5-ci dəfə prezident seçilən Blatter bir neçə gün sonra ABŞ-ın açıqladığı korrupsiya faktlarına görə postundan getdiyini bəyan etmişdi.