XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 11:06

Orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilir –TQDK

imtahan

İyunun 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

İmtahanlarda ümumilikdə 45 min 171 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 24 min 237, XI sinif üzrə 20 min 934 şagird).

IX sinif şagirdləri üçün imtahan saat 10.00-da başlanıb. XI sinif şagirdləri üçün isə imtahan saat 15.00-da başlanacaq.

İmtahanlara nəzarətçi-müəllimlər nəzarət edirlər.