XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 12:05

Gömrükçülər İrandan gətirilən külli miqdarda siqaretitutdular - Biləsuvarda

siqaret

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “Ford Tranzit” markalı, yük avtomobilində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumat əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına ərik yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerindəki ərik yeşiklərinin arasından, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 16 min ədəd siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.