XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 15:35

Nazirlikdən şirkətlərə xəbərdarlıq:Dərmanlar şəraiti olmayan anbarlarda saxlanılır

derman-1

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın topdansatış əczaçılıq şirkətinin məsul şəxslərinin iştirakı ilə toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantıda topdansatış əczaçılıq şirkətləri tərəfindən ölkəyə idxal olunan dərman vasitələrinin saxlanma şəraiti haqqında danışılıb. Qeyd olunub ki, normativ sənədlərə görə laborator analizlər üçün 5-15 gün vaxt tələb olunur. Bu müddətdə dərman vasitələrinin lazımi avadanlığı və şəraiti olmayan anbarlara yığılaraq saxlanılması faktları aşkarlanıb.

Mərkəzin rəhbərliyi belə anbarlarda dərman vasitələrinin saxlanılmasının qətiyyən yolverilməz olduğunu, belə halların dərman vasitələrinin keyfiyyətinə, təhlükəsizliyinə və effektivliyinə birbaşa təsir göstərdiyini vurğulayıb. Həmçinin bu kimi hallar aşkarlandığı təqdirdə topdansatış əczaçılıq şirkətlərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Sonda şirkət nümayəndələrinin sualları cavablandırılıb.