XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 18:14

Bakı –Xarkov qatarında hamilə qadın dünyaya uşaq gətirib:Azərbaycanlı bələdçilərin köməyi ilə

xarkov foto

Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı Volqoqrad stansiyasına yaxınlaşarkən qatar rəisi İlhamə Bağırova və 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstəriblər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, sərnişin bətnində daşıdığı müqəddəs yükdən azad olub və bir oğlan övladı dünyaya gəlib.

Volqoqrad stansiyasında “Təcili yardım” çağırtdırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb.

“Təcili yardım” briqadası göstərdikləri fədakarlığa görə Azərbaycan dəmiryolçularına öz minnətdarlığını bildiriblər.

xarkov02

xarkov03