XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 08:53

Misir Mərdanovun bazara çevirdiyi məktəblər… – Etibar Əliyev yazır

34dEtibar ƏLİYEV,
təhsil eksperti

Məktəb həyatı haqda qayğı bütün bəşər tarixindən keçir, cəmiyyətin özünün həyatı isə bütün dövrlərdə məktəb haqda fikirlərlə zəngin olub. İnsan və cəmiyyət özlərinin ən böyük arzu və ümidlərini məktəblə bağlayır. İnsanlar məktəbin həyatı ilə yaşayır, ən saf idealların burada həyata keçəcəyinə ümid bəsləyirlər. Məktəbdə bizə keçmişimiz bəlli olur, bu günümüz yaradılır və gələcəyimizə yol çəkilir.

Bu keçmişimizin, indimizin necəliyi əsas etibarilə bizim hansı məktəbi qurmağımızla müəyyənləşdirilir.

Məktəbin üzərinə belə mühüm vəzifə qoymaqla cəmiyyət keçmiş, bu gün və gələcək qarşısında məsuliyyət daşımış olur. Əgər məktəb öz sosial vəzifəsini yerinə yetirərsə, gələcək ona dərin minnətdarlıq hissi ilə yanaşar. Lakin əgər məktəb bu ümidləri boğarsa, o təlatümlərlə üzləşib, amansız tənqid obyektinə çevrilə bilər. Məktəbə laqeydlik keçmişə və gələcəyə laqeydlik deməkdir. Məktəb həyatına etinasız yanaşan cəmiyyət və dövlət özünün heç ortabab gələcəyinin olmasına da ümid bəsləyə bilməz.

Xəstə cəmiyyət mütləq məktəbi də yoluxdurur…

1mekömrümüzün böyük hissəsini məktəb həyatı, məktəb haqda fikir və qayğılar tutur. Məktəb həyatımızın ahəngini təyin edir. Məktəb həyatının nəbzinin vurmasından biz cəmiyyətin vəziyyətinin necə olduğunu sezirik. Məktəb həyatı ilə cəmiyyətin sağlamlığı arasında sıx əlaqə var. Xəstə cəmiyyət mütləq məktəbi də yoluxdurur, xəstə məktəbdən isə bu viruslar gələcək nəsillərə keçir. Xəstə valideyn, hər şeydən əvvəl, öz övladını yoluxdurmamaq haqda düşündüyü kimi, xəstə cəmiyyət də hər şeydən öncə məktəbi dövrün sosial xəstəliklərindən qorumaq barəsində düşünməlidir. Məktəbi xilas edən cəmiyyət öz gələcəyini xilas etmiş olur.

Bütün bu fikirlər əlifbadan tutmuş bütün elmlərin və tərbiyənin əsasını bizə öyrətmiş məktəb üçün hələ azdır.
Məktəb son dərəcə həssas təsisatdır. Quruluşların dəyişməsi məktəb həyatında özünü dərhal büruzə verir. Vaxtilə sovet məktəblərində bizə bütün zəruri bilikləri öyrətməyə çalışırdılar. Bununla yanaşı əmək təlimi, idman, nəğmə dərsləri keçirdik, laboratoriyalarda reaksiyalar aparırdıq, teatr dərnəklərində rollar oynayırdıq, ekskursiyalarda iştirak edirdik. Bütün bunlar uşaq və yeniyetmə həyatının gözəlliyi idi. Uşaq və yeniyetmə yaşlarında biz məktəb həyatında sünilik hiss etmirdik.

Təhsil mafiyası Lidiya Rəsulovanı işləməyə qoymadı

200px-Lidiya_RəsulovaMüstəqillik əldə etdikdən sonra daha yaxşı məktəb qurmalı idik. Lakin qura bildikmi? Müstəqilliyimizin ilk illərində, Xalq Cəbhəsinin hakimiyyəti dövründə “Təhsil haqqında” qanun qəbul olundu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradıldı. Cəmi bircə il Təhsil nairi işləyən Firudin Cəlilovu Lidiya Rəsulova əvəz etdi. Lidiya xanımın əsas məqsədlərindən biri təhsildə kök atmış rüşvətxorluğun kökünü kəsmək idi. çox sərt insan olduğuna görə ondan qorxurdular. Lakin təhsil mafiyası onu işləməyə qoymadı. Bəzən o acıq edib, aylarla işə çıxmırdı. Nəhəyət, Lidiya xanım müqvimətlərə tab gətirməyib istefa verdi.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, təhsilə istefa mədəniyyətini mərhum Lidiya Rəsulova gətirdi. Onun dövründə şagird nailiyyətlərinin təhlilinə üstünlük verilmirdi.

Misir Mərdanovun vaxtında məktəb açıq bazara çevrildi

12Lidiya Rəsulovadan sonra Misir Mərdanov nazir təyin olundu. Misir Mərdanov gəlişi əliəyrilərin ürəyincə oldu. Onun vaxtında məktəb açıq bazara çevrildi. Tamahkarlıq o həddə çatdı ki, artıq orta təhsilin inkişafı üçün qəbul olunmuş dövlət proqramları və layihələrə ayrılan vəsaitlər mənimsənilməyə başlandı. ölkənin pedaqoq və alimlərinin potenisalı nəzərə alınmadan kurikulumların yazılması üçün Hollandiyanın CİTO qrupu dəvət olundu. CİTO-Mərdanov qrupu elə kurikulum yazdı ki, şagird çantanı daşıya bilmədi, müəllim isə onu başa düşmədi.
özü də daxil olmaqla qohum əqraba, dost-tanış dərslik yazmağa başladı. Mərdanovun təyin etdiyi direktorları bir neçə dəfə valideynlər və müəllimlər məktəbdən qovdular. Belə olan hallarda məktəb ümidləri necə doğrulda bilərdi, yaxud pozitiv məktəb mühiti yaratmaq olardımı?

İmkanlılar pul qazanmaq üçün məktəb açmağa girişiblər

tTəhsil Nazirliyinin tarixində olmayan hadisələr baş verirdi: məktəb direktorları, maarif müdirləri istədikləri vaxt nazirin yanına girib –çıxırdılar. Belə naqisliklərin hesabına məktəb gözdən düşməyə başladı. Bu, düz 15 il çəkdi. Təhsil nazirliyinin rəhbərliyi dəyişəndə dərhal qulaqlarımızı bir fikir deşir. “Təhsildə sıçrayışla heç nə əldə etmək olmaz, təkamül yolu gözəldir”. Ancaq deyəsən bu təkamül “meymunun insana çevrilməsinin” müddətindən də uzun çəkəcək.

Dünyanın heç yerində ali məktəblərə qəbul imtahanları uşaqları məktəbdən didərgin salmayıb. Təhsil prosesi darıxdırıcı xarakter daşıyır. Bunun qarşısı alınmalıdır. Həqiqətən də məktəb həyatı uşaqlar və müəllimlər üçün darıxdırıcı mühitə çevrilib. Ordu sıralarında xidmət edənlər ötən günləri necə dairəyə alırlarsa, indi uşaqlar və müəllimlər də tədris ilinin günlərini eləcə dairəyə alırlar. Hər yerdə yağışdan sonra göbələk kimi çıxan kursların təbliğatı aparılır. İmkanlılar məktəb açmağa girişiblər. Elə bilirsiniz məqsəd təhsil verməkdir? Qətiyyən, yox! Məqsəd çoxlu pul qazanmaqdır. . Bu məktəblərin heç birinə kasıb istedadlı uşaqlar qəbul oluna bilməzlər. Yüksək səviyyəli təhsil vermək adı ilə açılan belə özəl orta məktəblər, mərkəzlər və kurslar dövlətin orta məktəblərinə olan inamı get-gedə azaldır

Amerika Birləşmiş Ştatlarında təhsil…

12-2Hər tədris ilində buraxılış imtahanlarında “2”, “3” qiyməti alanların və qəbul imtahanlarında 0-200 bal toplayanların sayı bəlli olduqda, məktəblərdəki təhsilin keyfiyyəti yada düşür. Şagird uğursuzluqları bizdə həqiqətən ümidsizlik yaradır. Bəs çıxış yolu nədədir? Məktəbin hansı inkişaf modelləri var? Yolumuzu hansı istiqamətdə davam etməliyik? Görəsən, başqa ölkələrdə də şagird uğursuzluqları ilə bizdə olduğu kimi davranırlar?

Amerika Birləşmiş Ştatlarında 2000-ci ildə qəbul olunmuş “Amerika Təhsil Akt”ında deyilir: “2000-ci ildən başlayaraq 4, 8, və 12-ci sinfi bitirən bütün Amerika şagirdləri ingilis dili, riyaziyyat, təbiət elmləri, tarix və coğrafiyadan testdən keçməlidirlər. Məqsəd onların biliklərinin səviyyəsini müəyyənləşdirməkdir. Hər bir məktəbdə müəllim əmin olmalıdır ki, onun şagirdləri düşünməyi bacarırırmı? Məktəbi bitirdikdə hər bir şagird təhsilini davam etdirməli, cəmiyyətdə özünə layiqli yer tutmalı, müasir iqtisadiyyatda effektli iştirak etməlidir”.

Aktın qəbul olunmasından 10 il sonra Amerika təhsil sistemi nə qazandı?

Məlum oldu ki, buraxılış siniflərinin 22% şagirdi ibtidai təhsil səviyyəsindən pis yazırlar. 44% amerikalı funksional savadsızdır, 47% nə vaxtsa bədii ədəbiyyat oxuyub, 30% amerikalı dərmanların qəbulu üçün tövsiyyəni oxumaq qabiliyyətində deyil, hər il 700.000-ə yaxın şagird şəxsi diplomlarında yazılanları oxya bilmirlər (“Literaturnaya qazeta”, 27 may-2 iyun 2010).

Amerikalılar artıq imtahanların nəticələrindən narahat olmurlar. Ancaq biz Amerika deyilik. Bizim elmi potensialımız bu ölkənin potensialı ilə müqayisə olunmaz dərəcədə aşağıdır. Fizika, kimya, tibb, iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülənlərin 70- 80 faizi bu ölkənin alimləridir. “Literaturnaya qazetadan” oxumuşdum: “Ştatların birində orta məktəbi bitirənlərin 44 faizi fizika fənnindən “2” qiymət alanda həmin Ştatın Təhsil Departamentinin rəhbəri faktı maraqlı tərzdə izah etmişdir: “Narahat olmağa dəyməz, ölkəyə lazım olan 1000-2000 fiziki biz asanlıqla yetişdirə bilirik””.

İngiltərə modeli…

507İkincisi, İngiltərə modelidir. Bu ölkədə “Yenidən başlamaq proqramı” adlanan fəaliyyət xroniki pis fəaliyyət göstərən məktəblərin işinin yaxşılaşdırılmasına istiqamətlənir. Bu tip məktəblər ya bağlanır, ya da yeni ştatlara işə qəbul olunanlarla təzədən açılır. Belə məktəblərdə qalmaq istəyən müəllimlər yenidən ərizə ilə müraciət ed
ərək, vakant yerləri tutmaq üçün ümummilli müsabiqədə iştirak edirlər. Bu proqramın əsas hədəfi o məktəblərdir ki, 3 il ardıcıl olaraq atestat almaq üçün dövlət imtahanlarında iştirak edən şagirdlərin ən azı 15 faizi C kateqoriyası (“yaxşı”) və ondan yüksək kateqoriyada 5 müsbət qiymət ala bilmirlər.

Finlandiya və Türkiyə modelləri...

23üçüncüsü, Finlandiya modelidir. Dünyanın ən yaxşı müəllimləri sayılan fin müəllimləri yüksək nüfuz və işdəki sərbəstliklərinə görə seçilirlər. Bu ölkədə məktəb inspeksiyası institutu ləğv olunub. Məktəb müstəqil şəkildə proqramları, dərslikləri, daxili nizam – intizam qaydalarını özü müəyyənləşdirir. Müəllim yalnız vaxtaşırı keçirilən testin nəticələrinə cavabdehlik daşıyır.

Dördüncü model Türkiyə modelidir. Bu modeli geniş izah etməyə ehtiyac yoxdur. Bizdə fəaliyyət göstərən və yüksək göstəricilərə malik olan türk məktəblərinin təcrübəsindən (bağlanmaqlarına baxmayaraq) istifadə etmək olar. Hətta belə tip məktəblərin şagirdləri repetitor xidmətindən də istifadə etmirdilər.

Məktəblərə müstəqillik verilməlidir

1325601454_mektebAzərbaycanda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin böyük hissəsi xroniki pis fəaliyyət göstərən məktəblərdir. Onların fəaliyyəti nəzarətə götürülməlidir. Məktəbdə təhsilin keyfiyyəti məktəbin asılılığı artdıqca aşağı düşüb. Məktəblərə müstəqillik verilməlidir. Müstəqillik olmadan keyfiyyət tələb etmək absurddur. Məktəb rəhbərliyi praktiki olaraq heç bir səlahiyyətə malik deyil. Onlar sanki məktəbin binasını qoruyurlar. Maraqlıdır, heç bir səlahiyyəti olmayan məktəbdən keyfiyyət tələb etmək doğrudurmu?
Müstəqil şəkildə proqramları, dərslikləri, nizam-intizam qaydalarını müəyyən edən Finlandiya məktəblərinin şagirdləri artıq neçə illərdir ki, məşhur PİSA proqramı (15 yaşlı şagirdlərin oxu savadı, riyazi savad, təbiət elmlərindən savadlarının real həyta tətbiqi qabiliyyətlərinin qiymətləndirilməsi) üzrə ilk üçlükdə qərarlaşırlar.

Dünya təcrübəsində belə bir nümunə var: Bir ölkənin alim və pedaqoq potenisalı orta təhsilin keyfiyyətini dəyişə bilən model ortaya qoya bilmədikdə kənar modellərə üstünlük verilir. Yaxud məktəbin işinin yaxşılaşdırılması üçün kənardan mütəxəssislər dəvət olunurlar. Lakin qeyri-rasional addımların nəticəsi də acınacaqlı ola bilər. Burada CİTO qrupunun Azərbaycan təhsilinin başına açdığı müsibəti unutmaq olmaz.

Məncə bizim elmi və pedaqoji potensialımız məktəblərdə təhsilin keyfiyyətini yaxşılaşdırmağa kifayət edə bilər. Təhsil nazirliyinin mərkəzi aparatında, təhsilə aid olan təşkilatlarda, QHT sektorunda məktəbi bilən xeyli sayda mütəxəssislər var. Sadəcə bir araya gəlmək lazımdır. Konkret olaraq 2016-2018-ci illəri “Məktəbin nəticələrinin yaxşılaşdırılması illəri” elan etmək də olar. Birləşib təsəvvür etdiyimiz məktəbi qurmalıyıq. Bizim ayrı yolumuz yoxdur. İtirilən məktəb, itirilən gələcək deməkdir. İtirdiyimiz məktəbi tapmalıyıq…

AzPolitika.info