XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 14:54

Alman səfirliyi “Nə? harada? Nə zaman?” formatında yarıştəşkil edəcək

alman viktorina

Almaniyanın ölkəmizdəki səfirliyi iki gün sonra Ambassador oteldə “Düşün!” adlı viktorina təşkil eədəcək.

Səfirlikdən Strateq.az-a bildiriblər ki, “Düşün!“ adlı bu viktorina çox sevilən Nə? harada? Nə zaman? formatında keçiriləcək. 6 nəfərdən ibarət olan 25 komanda 60 tur mübarizə aparacaq və Almaniya haqqında biliklərini nümayiş etdirəcəklər: “Burada ancaq faktları bilmək kifayət etmir. İştirakşılar 1 dəqiqə ərzində ümumi bilik və məntiqləri sayəsində sualların cavablarını tapmalıdır”.

Ən güclü 3 komanda Almaniya səfirliyi tərəfindən mükafatlandırılacaq. Tədbirin açılış nitqini səfirliyin müvəqqəti işlər üzrə müvəkkili cənab Dr. Folker Berreshaym edəcək.

Strateq.az